Modern.az

Orxan Zeynalovun məhkəməsi iyulda olacaq

Orxan Zeynalovun məhkəməsi iyulda olacaq

Təhsil

12 İyun 2014, 13:19

Moskvada həbsdə olan azərbaycanlı Orxan Zeynalovun məhkəməsi iyul ayında baş tutacaq. Bu barədə Modern.az-a Orxan Zeynalovun atası Zahid Zeynalov məlumat verib. O bildirib ki, oğlunun cinayət işi ilə ümumiyyətlə maraqlanmır.

“Orada yaxınlarımız var. Arada Orxana sovqat göndərirlər. İşlə səfirlik və hökumət özü məşğul olur. Ona görə də mən onların qabağına keçmək istəmirəm. Oğlumun işində rəsmi şəxslərə etibar edirəm”.

O. Zeynalova həbsxanada işgəncələrin verildiyi ilə bağlı yayılan məlumatlara da münasibət bildirən Zahid Zeynalov bunları şayiə adlandırıb.

“İnanmıram ki, belə bir addım atılsın. Çünki səfirlik daim bu məsələni diqqətdə saxlayır. Ona görə də yayılan bu tipli məlumatlar şayiədən başqa bir şey deyil”.

Xatırladaq ki, 2013-cü il oktyabrın 10-da Moskvanın Qərbi Biryulova rayonunda 25 yaşlı Yeqor Şerbakov qətlə yetirilmişdi. Bundan sonra Biryulovoda yerli sakinlər tərəfindən kütləvi iğtişaşlar baş qaldırmışdı. Hadisəni törətməkdə şübhəli bilinən Orxan Zeynalov ötən il oktyabrın 15-də həbs olunmuşdu.

O. Zeynalov Azərbaycanın Şəmkir rayonundandır.

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu