Modern.az

Allahşükür Paşazadə Tatarıstana gedir

Allahşükür Paşazadə Tatarıstana gedir

Təhsil

12 İyun 2014, 13:30

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 13-də Rusiya Federasiyası Tatarstan Respublikasının paytaxtı Kazan şəhərinə yola düşəcək.   

QMİ-nin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, səfər RF Tatarstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun dəvəti əsasında həyata keçirilir. Səfərdən məqsəd Tatarstanda İslamın rəsmən qəbul edilməsinin 1125-ci ildönümünə həsr olunmuş Bulqar şəhərində keçiriləcək təntənəli mərasim və tədbirlərdə iştirak etməkdir.

Ənənəvi olaraq keçirilən bu tədbirlərə Şeyxülislam A.Paşazadə həzrətləri fəxri qonaq qismində hər il dəvətli olur. Səfər müddətində QMİ sədrinin Tatarstan Prezidenti R. Minnixanov tərəfindən qəbul ediləcəyi, digər rəsmilərlə, Tatarstan müftisi Kamil Samiqullinlə, həmçinin, orada yaşayan Azərbaycan diasporasının nümayəndələri ilə görüşəcəyi nəzərdə tutulur.

 

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu