Modern.az

Müəllimlərin təyinatı bərpa olunmayacaq

Müəllimlərin təyinatı bərpa olunmayacaq

Təhsil

12 İyun 2014, 13:58



“Ali məktəbi bitirəndən sonra müəllimlərin sovet təcrübəsində olduğu kimi təyinatları bərpa olunmayacaq, bu nəzərdə tutulmayıb”. Modern.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib.

Nazir vurğulayıb ki, ümumiyyətlə bu sistemin olması sosial-iqtisadi kontekstdən asılıdır.
“Bu, mərkəzləşmiş, planlı yanaşma olduğu təqdirdə həyata keçirilə bilər. Məsələn, müasir Azərbaycanda illüziyamız bu olmalıdır ki, hansısa gənci onun seçdiyi yox, dövlətin seçdiyi şəhərdə, rayonda, kənddə fəaliyyət göstərməyə məcbur etmək olar. Vətəndaşların şəxsi azadlığı sovet təcrübəsindən kifayət qədər fərqlənir. Tamamilə fərqli cəmiyyətdə və dəyərlərlə yaşayırıq”.
M. Cabbarov qeyd edib ki, müəllimlərin regionlarda fəaliyyətinin stimullaşdırılması istiqamətində işlər görüləcək. “Regionlarda, ucqar kəndlərdə çalışan müəllimlərə əlavə güzəştlər edilir, torpaq sahələri verilir. Amma bu, kifayət etmir. Yenə də bizim bir çox rayon və kənd məktəblərində vakansiyaların sayı çoxdur və bu bizi narahat edir”.     

Rafiq Qənbərov  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu