Modern.az

Sabah 47 mindən çox şagird buraxılış imtahanı verəcək

Sabah 47 mindən çox şagird buraxılış imtahanı verəcək

Təhsil

12 İyun 2014, 14:44

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də respublikanın bir sıra şəhər və rayonlarının orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

Modern.az-ın məlumatına görə, imtahanlar Naxçıvan MR, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavənddə ümumilikdə 84 imtahan mərkəzində aparılacaq.

Həmin imtahanlarda iştirak edəcək şagirdlər “imtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Həmin gün saat 10-da IX sinif şagirdləri, 15-də isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.

Bu imtahanlarda ümumilikdə 47547 şagirdin imtahan verəcəyi gözlənilir.

Həmin gün Naxçıvan MR-da 4115, Lənkəranda 2167, Astarada 1264, Masallıda 2374, Lerikdə 737, Yardımlıda 888, Cəlilabadda 2599, Biləsuvarda 1559, Şirvanda 1002, Hacıqabulda 807, İmişlidə 1309, Saatlıda 1185, Sabirabadda 2301, Salyanda 1680, Neftçalada 906, Füzulidə 936, Beyləqanda 1134, Xocavənddə isə 72 nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

Həmin gün Naxçıvan MR-da 4211, Lənkəranda 1640, Astarada 1001, Masallıda 1466, Lerikdə 472, Yardımlıda 687, Cəlilabadda 1648, Biləsuvarda 1156, Şirvanda 668, Hacıqabulda 595, İmişlidə 1145, Saatlıda 735, Sabirabadda 1743, Salyanda 1152, Neftçalada 675, Füzulidə 691, Beyləqanda 784, Xocavənddə isə 43 nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

Həm 9-cu, həm də 11-ci siniflərin imtahanlarının idarə edilməsi üçün ümumilikdə 192 imtahan rəhbəri, 2579 nəzarətçi-müəllim ayrılıb.

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu