Modern.az-ın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) istinadən verdiyi məlumata görə, qabiliyyət imtahanlarının keçirilmə tarixləri elan olundu. 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə qabiliyyət imtahanlarının cədvəli TQDK-nın internet saytında yerləşdirilib. I və IV qruplar üzrə qabiliyyət imtahanı 17-27 iyul, III qrup üzrə 24 iyul - 03 avqust tarixlərində keçiriləcək.
Misranə Həsənzadə