Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində oğlan tələbələrin geyimi ilə bağlı yeni qadağa tətbiq olunduğu iddia edilir. İddialara görə, oğlan tələbələr, səndəl, çəkələk, qısa şalvar-şortla universitetə buraxılmırlar. Hətta adının çəkilməsini istəməyən tələbələrdən biri məhz “şortik” geyindiyinə görə imtahana buraxılmadığından şikayətlənib.
Modern.az-a açıqlamasında BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib ki, universitetdə geyimlərlə bağlı hər hansısa bir qadağa qoyulmayıb.
“Geyimə görə heç bir tələbə imtahandan xaric edilməyib".
Ayşən Mönsümlü