Modern.az

AXCP: “Milli Şuranın əsas məqsədi seçkilərdə iştirak etmək deyil” – MÖVQE

AXCP: “Milli Şuranın əsas məqsədi seçkilərdə iştirak etmək deyil” – MÖVQE

Təhsil

12 İyun 2014, 16:05


“Milli Şuranın əsas hədəfi ölkədə demokratik seçki mühitinin yaradılması, demokratik seçkilərin keçirilməsinə nail olmaqdır”. Bu sözləri Modern.az saytına açıqlamasında AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı deyib.  

O, Milli Şuranın perspektiv hədəfləri barədə danışarkən bildirib ki, əsas məqsəd heç də seçkilərdə iştirak etmək deyil.  Onun sözlərinə görə Milli Şuranın gələcəkdə əsas hədəfi demokratik seçkilərin keçirilməsi üçün səylər göstəməkdir.  

“Hədəfimiz, məqsədimiz hansısa seçkidə iştirak deyil. Bizim üçün prioritet seçkinin demokratik keçirilməsinə önəm verməkdən ibarətdir. Bu baxımdan Milli Şuranın qarşıdakı dönəmdə fəaliyyəti, ölkədə Seçki Məcəlləsinin dəyişdirilməsi, sərbəst toplaşma və media azadlığının təmin olunması istiqamətində görüləcək işlərdir”.

 

Ayşən Mönsümlü

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu