Modern.az

Terrorçular Mosulda girov götürülən türkləri buraxdılar

Terrorçular Mosulda girov götürülən türkləri buraxdılar

Təhsil

12 İyun 2014, 16:11

İraq Şam İslam Dövləti (İŞİD) yaraqlılarının Mosuldakı konsulluğa basqını zamanı girov götürdükləri Türkiyə vətəndaşları Mosul qubernatoruna təslim edilib. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, İŞİD-in qubernatorluq binasında saxladığı girovlar Mosul qubernatorunun evinə aparılacaq. Türk girovların axşam saatlarında Türkiyəyə gətirilməsinin gözlənildiyi bildirilir.

Mosulda keçici bir hakimiyyət qurduğunu elan edən İŞİD baş konsul Öztürk Yılmaz daxil olmaqla bütün girovları Musul qubernatoruna təslim edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu