ABŞ-ın 41-ci prezidenti Corc Buş 90 yaşını qeyd edir. Modern.az bildirir ki, ata Buş öz yubileyini paraşütlə tullanmaqla qeyd edəcəyini bildirib. “Bu gün Men ştatında əla gündür. Paraşütlə tullanmaq üçün yaxşı hava var”-deyə 41-ci prezident tvitter hesabında yazıb. Buş ilk dəfə paraşütlə ikici dünya müharibəsi zamanı tullanıb. Onun təyyarəsi düşmən tərəfindən vurulandan sonra Buş oradan tullanmağa məcbur olub. Bundan sonra o öz yubileylərində bunu təkrarlayıb. Buş 75, 80 və 85 yaşları tamam olanda paraşütlə tullanıb. Corc Buş 12 iyun 1924-cü ildə anadan olub. 1989-93-cü illərdə ABŞ prezidenti olub. İraqa müdaxilə məhz onun dövründə həyata keçirilib.
X. SƏFƏRLİ