Braziliyada futbol üzrə dünya çempionatının açılış mərasimi başlanıb. Modern.az xəbər verir ki, təntənəli tədbir San Paulu şəhərinin “Arena Korintians” stadionunda keçirilir. Açılış mərasimində 1000-ə yaxın aktyor iştirak edir. Dünya çempinatının rəsmi himni olan We Are One bəstəsini amerikalı məşhur müğənnilər Cenifer Lopes, reper Pitbul və braziliyalı Klaudia Leytee oxuyurlar. Mərasim bitəndən sonra saat 00.00-da Braziliya və Xorvatiya oyunu başlanacaq.
Modern.az