Modern.az

Nazirdən Ərdoğana XƏBƏRDARLIQ: “Düz-əməlli danış”

Nazirdən Ərdoğana XƏBƏRDARLIQ: “Düz-əməlli danış”

Təhsil

13 İyun 2014, 10:45


Avstriyanın 28 yaşındakı xarici işlər naziri Sebastian Kurz ölkəsindəki mətbuat orqanlarından birinə verdiyi müsahibədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı təhdid edib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazir R. T. Ərdoğanı Avstriyada necə danışmağın qaydalarını xatırladıb:  

“Ərdoğana açıq şəkildə xəbərdarlıq edirəm. O, Avstriya cəmiyyətini bölə bilməz. İnteqrasiya həssas bir məsələdir. Ərdoğanın burdakı türklərə “almanca öyrənin və Avstriyaya sadiq qalın” kimi doğru şeylər söyləmək məsuliyyəti var. Amma Almaniyadakı kimi danışarsa, burdakı türklərin zərərinə olar”,-deyə S. Kurz bildirib.    

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu