Modern.az

Ramil Həsənov: “Türk dövlətlərinin tələbələri ortaq diplom alacaqlar” – MÜSAHİBƏ

Ramil Həsənov: “Türk dövlətlərinin tələbələri ortaq diplom alacaqlar” – MÜSAHİBƏ

13 İyun 2014, 11:20


Bu yaxınlarda Türkdilli ölkələrin Parlament Assambleyasının(TürkPa) sabiq baş katibi Ramil Həsənov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi vəzifəsinə təyin olunub. Modern.az saytı R. Həsənovdan  gələcək planlar barədə müsahibə götürüb. Həmin müsahibəni təqdim edirik:

 -Yeni vəzifəyə təyin olundunuz. Nə kimi planlarınız var?

-Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası  beynəlxalq dövlətlərarası təşkilat olduğu üçün özünün fəaliyyət planları mövcuddur. Məndən əvvəlki baş katib cənab Halid Akınçı sentyabr ayının 11-də  müvafiq reqlamentə görə vəzifəsini mənə təhvil verəcək. Bu proses necə başlayıbsa bu şəkildə  bizim dövrümüzdə də davam edəcək. Məlumat üçün qeyd etmək istərdim ki, Dövlətlərarası Əməkdaşlıq Şurası olaraq  iqtisadi, siyasi, sosial, hüquq, təhsil və bir çox sahələri əhatə edən layihələr bu gün də mövcuddur. Bunların nəticələndirilməsi ilə bağlı işlər aparılır. Ortaq çoxtərəfli hökumətlərarası  komisiyalarının Türk Şurası vasitəsilə fəaliyyəti nəqliyyat sektorları arasında əlaqələrin gücləndirilməsinə, enerji sahəsində əməkdaşlığın çoxtərəfli şkalada daha da gücləndirilməsinə, beynəlxalq arenada, beynəlxalq münasibətlər sistemində hər 3-4 dövlətin milli maraqlarından birgə  çıxış edilməsinə  üstünlük verilir.

-Ortaq türk dövlətlərinin birgə toplantılarından nə gözləyirsiniz?

-Bildiyiniz kimi Türkiyədən başlamış Qırğızıstana, Qazaxıstana qədər olan ölkələr, Orta və Mərkəzi Asiya, ümumiyyətlə, Asiya ilə Avropanı  birləşdirən dəhlizin üzərində yerləşən ölkələrdir. Bu baxımdan da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və ona üzv olan ölkədə başqa beynəlxalq ölkələr üçün cəlbedici hal alır. Enerji, qaz, neft və bir çox sahələrdə Türk Şurası  səlahiyyət sahibi olduğu üçün çoxtərəfli əməkdaşlıq sahəsində gələcəkdə də həm nəqliyyat nazirliyinin, həm gömrük sahəsindəki olan dövlət strukturlarının,  həm təhsil nazirlərinin,  həm ədliyyə sektoru nazirlərinin hökumət qurumlarının ortaq toplantılarının keçirilmə prosesi davam edəcək.

-Elm, təhsil, nəqliyyat sahəsində  və ortaq televiziyanın ərsəyə gəlməsi istiqamətində hansı addımlar atılacaq?

-Televiziya kanalının qurulması ilə bağlı iş gedir. Bunun yekunlaşdırılması nəzərdə tutulub. Bu televiziya kanalı siyasi, iqtisadi, mədəni sahəni əhatə edən ortaq televiziya kanalı olacaq. Bu kanal qurulduqdan sonra türk dövlətlərinin informasiya sahəsində dünya ictimaiyyətinə daha təsirli  məlumat ötürülməsi nəzərdə tutulub. Bununla yanaşı, Türk Şurasının nəzdində mərkəzi Astana şəhəri  olmaqla beynəlxalq təşkilat olan Türk Akademiyası fəaliyyət göstərir. Türk Akademiyasının elm adamları tərəfindən ortaq türk dilinin yazılıb başa çatdırılması bunun gələcəkdə orta məktəblərdə  tədris olunması planı nəzərdə tutulub. Bu, dövlət başçılarının Bodrum sammitində də öz əksini tapıb. Gələcəkdə bizim gənc nəsil Azərbaycan tarixi ilə bərabər ortaq türk tarixinin tədrisi ilə tanış olacaq. Bu da qardaş ölkələr arasında münasibətlərin inkişafına və gənc nəslin bir-birini daha da tanımasına kömək edəcək. Daha bir yenilik türkdilli tələbələrin təhsil alması ilə bağlıdır. Universitetlərarası birlik bütün türk dövlətləri arasındakı ortaq əməkdaşlığını sərgiləyəcək. Bir kursu bir türk ölkəsində, digər kursu başqa türk dövlətində, növbəti kursu yenə bir türk dövlətində başa vuracaq. Amma həmin tələbələrin ortaq diplom alması nəzərdə tutulur. Çox güman ki, universitetlərarası birlik vasitəsilə yaxın gələcəkdə bunun müsbət nəticələrini görə biləcəyik.

-Nəqliyyat sektorundakı konkret yeniliklər nə olacaq?

 -Qazaxıstanın Aktau limanı və Bakı limanının qazlaşdırılmasının elan olunması prosesi Türk Şurası tərəfindən əsasən  gələcəkdə nəqliyyat, enerji sektoru ilə bağlı addımlar atılarkən  bu qardaş limanların xüsusi çəki struktunun limana çıxarılması qabardılır.  Ortaq yatırım fondu Azərbaycan, Qazaxıstan, Türkiyə və  Qırğızıstan tərəfindən yaradılması nəzərdə tutulan strukturdur və cənab prezident İlham Əliyevin bu sahə ilə  bağlı ideyası, təklifinə həm Qazaxıstan, həm Qırğızıstan, həm də Türkiyə dövləti müsbət reaksiya verdi. Türkmənistan prezidenti Türk Şurasının  üzvü olmamasına baxmayaraq, müsbət yanaşdığını qeyd etdi. Ortaq investisiya fondu Türk Şurasının qurucu ölkələrinin birgə yarada biləcəyi kapital forumdur. Həm ölkələr daxilində həm də ölkə xaricinə sərmayələr yatıraraq türk sərmayəsinin ortaq türkdilli dövlətlərin sərmayəsinə xarici ölkələrdə kapital şəklində yatırılıb. Ümid edirik ki, Türk Şurasının bir işi də ondan ibarət olacaq ki,  ortaq sərmayələr fondunun yaradılması prosesini həyata keçirək və yaxın gələcəkdə bununla bağlı ciddi nəticələr əldə edilməsi ilə bağlı addımlar ataq.  

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu