Modern.az

20 illiyini qeyd edən Oksfam təşkilatının Azərbaycana verdiyi tövsiyələr – İnfotur

20 illiyini qeyd edən Oksfam təşkilatının Azərbaycana verdiyi tövsiyələr – İnfotur

Təhsil

13 İyun 2014, 11:17

Böyük Britaniyanın Oksfam Beynəlxalq Humanitar Təşkilatı bu il Azərbaycanda fəaliyyətinin 20 illiyini qeyd edəcək.

Bununla bağlı Oksfam təşkilatı bir qrup media nümayəndələri üçün Azərbaycanın Aran rayonlarına 2 günlük infotur təşkil edib. Jurnalistlərə Oksfam təşkilatının Azərbaycanın Aran və Yuxarı Qarabağ iqtisadi rayonlarında həyata keçirdiyi layihələrin nəticələri təqdim edilib, eyni zamanda hesabat verilib. Oksfamın Biznes əlaqələri üzrə müşaviri Elvin Nəbiyev layihələr haqqında ümumi məlumat verib:

“Biz əsasən 4 istiqamətdə- fövqəladə hallar, həyat təchizatının təminatı, səhiyyə və vəkilliklə bağlı layihələr əsasında işlər həyata keçirmişik. Kənd təsərrüfatı sahəsində əsasən Aran bölgəsində Bərdə, Ağdam, Tərtər, Goranboy, Yevlax, Ağcabədi və digər rayonlarda fəaliyyət göstəririk”.

Daha sonra isə Oksfamın Kənd Yerlərin İnkişafı Proqramının rəhbəri Ramilə Aslanova və Oksfamın İdarəetmə və Vəkillik Siyasəti üzrə proqramının rəhbəri Orxan Əli təşkilatın layihələri barədə məlumat veriblər. Oksfam Azərbaycan 2003-cü ildən etibarən Yaxşı İdarəetmə Proqramı çərçivəsində ölkədə layihələr icra edib və tərəfdaşlarla birgə yoxsulluğa yönəlik siyasətin qəbul olunması və dəyişdirilməsində mühüm rol oynayıb. Bu günə kimi Oksfam bu proqram sayəsində 7-dən çox layihə həyata keçirib və layihələrin əsas məqsədi ölkədə yerli özünüidarə institutlarının inkişafı olub.

Oksfam Azərbaycanın 6 iqtisadi rayonundan (Bakı şəhəri, Yuxarı Qarabağ, Aran, Gəncə-Qazax və Quba-Xaçmaz) olan 100-dən çox bələdiyyənin yerli büdcə idarəetməsi sahəsində bilik və bacarıqlarını artırıb.

Təşkilat 4 illik vəkillik kampaniyası və hökümətə təqdim olunan təkliflər nəticəsində Azərbaycanda bələdiyyələrin sayı qanun layihəsi səviyyəsində 2757-dən 1718-ə endirilməsində öz töhfəsini vermişdi.

Bundan əlavə,  2010-cu ildə bələdiyyələrdə yerli elektron xidmət sistemi qurulub və 50-a yaxın bələdiyyələrdə tətbiq edilib.

Bunun nəticəsi olaraq, yerli vergi ödəyicilərinin kodu (YVÖK) yerli vergi ödəmə sisteminə uyğunlaşdırılıb və Vergilər Nazirliyi yerli səviyyədə vergi ödəyicilərinin qeydiyyata alınması üçün bu kodu əsas şərt hesab edən vasitə kimi qəbul edib. Həyata keçirilən təlimlər və məlumatlar sahəsində Bərdə, Ağcabədi və Tərtər rayonlarından olan 16 kənd bələdiyyəsində yerli vergilərin toplanması 40% artıb. Bərdə, Ağcabədi və Tərtər rayonlarından 400-dən çox ailə (2500 nəfərə yaxın) içməli su ilə təmin olunub və həyətlərində su kranı quraşdırılıb. Təqdimatdan sonra Oksfamın təşkilatçılığı ilə jurnalistlər indiyə kimi layihələrin həyata keçirildiyi kəndlərə səfər ediblər.

Tərtər rayonu, Qaradağlı kəndi


Fermer Hacıyeva Məhəbbətin dediyinə görə, Oksfam təşkilatının təlimatı əsasında biz bu qənaətə gəldik ki, çiyələk plantasiyaları salaq. “Viktoriya” sortlu çiyələyin yerli sortdan fərqli olaraq daha çox məhsuldarlığa malikdir. “Oksfam təşkilatının əməkdaşları bizi qeydiyyata aldılar. Daha sonra isə tədbirlərə dəvət etdilər. Bizə istiqamət verərək başa saldılar. Lazımi köməklikləri göstərdilər. Çiyələyi əsasən bazara aparırıq. Bəzən isə sifarişlərlə satırıq”.

Tərtər rayonu, Seyidimli kəndi


Kənd sakini fermer Cəlalova Zərəngizin dediyinə görə, 7 sot yarım toqpaq sahəsindən hər yığımda 50-70 kq çiyələk yığır. “Çiyələyi əsasən məktəb qarşısında, yolun kənarında stəkanla satıram. Dolanışıq üçün yaxşıdır. Oksfamın təşəbbüsü olmasaydı heç bir gəlirimiz olmazdı. Kənddə demək olar ki, kişi qalmayıb. İşsizlik üzündən hərə bir tərəfə üz tutur. Ailəyə baxmaq isə qadınların üzərinə düşür. Su problemlərimiz də demək olar ki daha yoxdur”.

Bərdə rayonu, Körpüsındıran kəndi


Körpüsındıran bələdiyyəsinin sədri Vidadi Əsədov bildirdi ki, 2000-ci ildə bələdiyyə sədri seçiləndə kənddə bir sub-artezian quyusu belə işləmirdi. Bədnam qonşumuz “Sərsəng su anbarı”nın qarşısını almaqla əkin, biçin, o cümlədən məhsuldarlıq çox aşağı düşüb. Biz ancaq sub-artezian quyuları vasitəsilə əkin sahələrini suvarırıq. Oksfam təşkilatı ilə bir sıra işlərin görülməsinə nail olmuşuq. Hazırda kənddə 22 sub-artezian quyusu var. Hər biri də işlək vəziyyətdədir. 230 evdən 50 ev içməli su ilə təmin olunub. Bir bələdiyyə üç kəndi əhatə edir. Bunlar Muğanlı, Qasımbəyli və Körpüsındıran kəndləridir. Bələdiyyənin illik budcəsi 2013-cü il üçün 8594 manat təşkil edib”.

Bərdə rayonu, Xanərəb kəndi


Bələdiyyə sədri Cavid Abdullayev kənddə yerləşən anbarın fermerlər üçün əhəmiyyət kəsb etdiyini vurğuladı. Oksfam təşkilatının təşəbbüskarlığı nəticəsində yararsız olan anbar təmir olunaraq istifadəyə verilmişdir.. “Fermerlər üçün belə anbarların olmasına çox ehtiyac var. Əvəllər anbar olmayanda bir neçə müddətə məhsul zay olardı. 2009-cu ildə böyük həcmdə məhsul anbar olmadığından sahədə yağışın altında qalaraq məhv oldu. Amma indi burada heç bir problem olmur. Bura eyni zamanda fermerlər üçün məhsullarını tanıtmağa və satmağa rahat yerdir. Anbar həm də yarmarka kimi fəaliyyət göstərir. Kənddə olan fermerlərin sayı 500-ə yaxındır və hər an bura müraciət edə bilərlər. Əsas məhsullar arpa, soğan və kələmdir. Onu da əlavə edim ki, adını çəkmədiyim bir şirkət anbarın soyuducu ilə təmiri üçün bizdən 70 min manat pul istədi”.

Bərdə rayonu, Xəsili kəndi


Oksfamın təşəbbüsü nəticəsində bir tibb məntəqəsi 2009-cu ildə təmir olunaraq istifadəyə verilib . Əvəllər xəstəxana var idi , lakin şərait yox idi. Tibb məntəqəsinin müdiri Aygün Kərimovanın dediyinə görə, məntəqədə əsas iş peyvənd etməkdir. Kəndin 1800 sakini var. Və demək olar ki, müraciətlər hər gün olur. Əsasən də yay fəslində. Eyni zamanda bura qonşu kəndlərdən də gələnlər olur.

Bərdə rayonu, Çələbilər kəndi


Çələbilər bələdiyyəsinin sədri Eyyub Əhmədovun dediyinə görə, Oksfamın köməyi ilə evlərə su kranları çəkilib, və bu kranlar 30 ailəni içməli su ilə təmin edir. “Kənddə məhsulları saxlamaq  üçün anbar var idi, lakin həddindən artıq yararsız idi. Oksfamın köməyi ilə təmir olunub. Tibb məntəqəsi təmir olunaraq avadanlıqla təchiz edilib. Tibb məntəqəsi təqribən 730 nəfərə xidmət edir”. Qeyd edək ki, Oksfam Böyük Britaniyanın beynəlxalq humanitar, qeyri-siyasi və qeyri kommersiya təşkilatıdır. Oksfam Azərbaycanda fəaliyyətinə Qarabağ müharibəsinin ilk illərindən başlayıb, qaçqın və köçkün düşmüş soydaşlarımızın iztirabını yüngülləşdirmək üçün 20 milyon dollardan artıq vəsait sərf edib. Hazirda Oksfam ölkədə Kənd Yerlərinin İnkişafı, Fəlakət Riskinin Azaldılması, İdarəetmə və Qadınların İqtisadi Liderliyi Proqramları və Gender proqramları çərçivəsində bir sıra lahiyələr həyata keçirir.

Fəaliyyət göstərdiyi müddət ərzində Oksfam Azərbaycanda həyata keçirdiyi lahiyələrdə hər zaman dövlət proqramlarının qarşıya qoyduğu məqsədlərə istinad etmiş, dövlət strukturları ilə birgə ölkə üçün əhəmiyyət kəsb edən “2008-2015-ci illərdə Azərbaycan Republikasında yoxsulluğun azaldılması və davamli inkişaf Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsinə öz tövhəsinı verib.

 

Rafiq Qənbərov

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir