Modern.az

Səddam Hüseynin keçmiş silahdaşı İŞİD yaraqlılarına dəstək verir

Səddam Hüseynin keçmiş silahdaşı İŞİD yaraqlılarına dəstək verir

Təhsil

13 İyun 2014, 11:59

İraqın hakimiyyətdən devrilərək edam olunan sabiq diktator prezidenti Səddam Hüseynin əsas köməkçilərindən biri olan və bu vaxta qədər həbs olunmayan İzzət İbrahim Əl-Durininin terrorçu İraq Şam İslam Dövlətinə (İŞİD) yardım etdiyi iddia edilib. Modern.az xəbər verir ki, S. Hüseynin keçmiş ordu komandanlığının Mosulu ələ keçirərək Bağdada doğru istiqamət alması planı 2 il əvvəl mövcud olub. Bu iddia ilə “Nyu-York Times” qəzeti çıxış edib.

Adıçəkilən mətbuat orqanının iddiasına görə, İŞİD keçmiş prezident Səddam Hüseyn komandasında yer alan sabiq yüksək səviyyəli hərbiçilərlə ittifaqa girib. Məsələ ilə bağlı sabiq komandanlar sözügedən mətbuat orqanına da açıqlama verməklə iddianı təsdiq ediblər. Onlar bildiriblər ki, əsas məqsədləri  İraqın şiə təriqətinə mənsub baş naziri Nuri Əl-Malikini devirməkdir və bu məqsədlə cihadçı silahlı qruplaşmalarla ortaq iş görürlər.

S. Hüseyn zamanında yüksək rütbəli zabit olmuş Əbu Karam adlı şəxs isə İŞİD kimi təşkilatlarla vahid məqsədə nail olmaq üçün birləşdiklərini deyib: “Bizim məqsədimiz məzhəbçi hökumətdən qurtulmaq, korrupsiya içində olan orduya son vermək və regionda sünni bölgəsi yaratmaqdır. Son savaşımız Bağdadda olacaq”.

Qeyd edək ki, İŞİD adlı radikal dindar silahlı qruplaşma İraqda Mosul və Tikrit şəhərlərinə nəzarəti ələ keçirib. Onlar Mosuldakı Türkiyə baş konsulluğunun diplomatlarını da girov götürüblər. Dünya siyasi gündəminə damğa vuran bu hadisədən sonra İŞİD-in regionda digər təhlükəli əməllər törədəcəyinə dair həyəcanı şərhlər verirlər.

Aqşin Kərimov  


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu