Modern.az

Qeyri-sabit hava şəraiti sabahdan mülayimləşəcək

Qeyri-sabit hava şəraiti sabahdan mülayimləşəcək

Təhsil

13 İyun 2014, 14:01

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, iyunun 14-də artıq günorta saatlarından ölkə ərazisində yağıntılar kəsiləcək.

Bakıda və Abşeron yarımadasında bu gün əsən güclü şimal-qərb küləyi sabah səhər saatlarından başlayaraq cənub-qərb küləyi ilə əvəz olunacaq. Bununla əlaqədar havanın temperaturu bu günlə müqayisədə 3-4 dərəcə yüksələcək.

Bu gün Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 22-26 dərəcə istidirsə, sabah temperaturun 27-30 dərəcə isti olacağı gözlənilir. Gündüz saatlarında cənub küləyinin sürəti arabir yüksələcək.

Aran rayonlarında maksimal temperatur gündüz saatlarında 33 dərəcəyə qədər, dağlıq ərazilərdə 19-22 dərəcə isti olacaq.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu