Modern.az

Qarabağ münaqişəsi TürkPA-nın Yekun Bəyannaməsində yer aldı

Qarabağ münaqişəsi TürkPA-nın Yekun Bəyannaməsində yer aldı

Təhsil

13 İyun 2014, 14:03

Türkdilli ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv ölkələr qurumun Bakıda keçirilən 5-ci plenar iclasının yekunu olaraq Bəyannamə qəbul ediblər.

Bəyannamə TürkPA-ya üzv ölkələr Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi, Qazaxıstan parlamenti və Qırğızıstan Joqorku Keneşi (parlament) tərəfindən imzalanıb. Modern.az xəbər verir ki, qəbul olunan sənəddə Assambleya Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində siyasi həllinə tərəfdar olduğunu bəyan edib Bakı Bəyannaməsində ilk olaraq iyunun 5-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türkiyənin Bodrum şəhərində keçirilmiş 4-cü Zirvə toplantısında qəbul edilmiş Bəyannaməyə dəstək bildirilir. Bundan başqa, TürkPA suverenlik, ərazi bütövlüyü və sərhəd toxunulmazlığı, daxili işlərə müdaxilə etməmək prinsiplərinə hörmət etdiyini bəyan edir.

Bəyannamədə TürkPA Türkiyənin İraqdakı diplomatik missiyası və vətəndaşlarına qarşı edilən hücumları qətiyyətlə pisləyir, Türkiyə konsulluğu əməkdaşlarının və vətəndaşlarının azadlığa buraxılmasını tələb edir. TürkPA Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmazlığı prinsipləri əsasında siyasi həllinin əhəmiyyətini ifadə edir və münaqişənin həllinin regionda sülh, sabitlik və inkişafı bərqərar edəcəyinə, tam təşəkkül tapmış regional əməkdaşlıq üçün şərait yaradacağına inamını bir daha təsdiq edir. parlament Assambleyası terrorizmin bütün formalarını kəskin pisləyir və üzv dövlətlərin terrorizm əleyhinə əməkdaşlığının vacibliyini vurğulayır.

Gültəkin ƏLƏSGƏR

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu