Modern.az

Polşada pensiya sistemləri mövzusunda konfrans keçirilib

Polşada pensiya sistemləri mövzusunda konfrans keçirilib

Təhsil

13 İyun 2014, 14:05


Bu günlərdə Polşanın Qdansk şəhərində Polşa Sosial Sığorta Təşkilatının və Beynəlxalq Sosial Təminat Assosisasiyasının (BSTA) təşkilatçılığı ilə “XXI əsrin çağırışları və pensiya sistemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumata görə, konfrans Polşa Sosial Sığorta Təşkilatının yaradılmasının 80 illik yubileyinin qeyd edildiyi günlərə təsadüf edib. Konfransda Avropada demoqrafik və miqrasiya prosesləri və onların sosial təminat sistemlərinin dayanıqlığına təsiri, əmək bazarının dəyişən strukturunun pensiya sistemlərinə təsiri, habelə pensiya sistemlərində sosial dialoqun və sosial konsensusun əldə olunmasında qabaqcıl Avropa ölkələrinin təcrübəsi barədə maraqlı təqdimatlar, məruzələr edilmiş, çıxışlar dinlənilib.

Konfransın sonuncu sessiyasında BSTA-nın Təkmilləşdirmə Mərkəzinə dair məlumat verilib. Konfransda Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunu Fondun sədr müavini Zakir Babayev təmsil edib.     Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu