Modern.az

Putin Barrozzuya Kremlin şərtlərini xatırlatdı

Putin Barrozzuya Kremlin şərtlərini xatırlatdı

Təhsil

14 İyun 2014, 10:21

Rusiya dövlət başçısı Vladimir Putinlə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu arasında telefon danışığı olub. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, telefon danışığında əsas müzakirə mövzusu Ukraynada  yaranmış böhrandan çıxış yolları ilə əlaqədar olub. Həmçinin Ukraynanın Rusiyaya olan qaz borcu və rəsmi Kiyevin Avropa Birliyi ilə assosiativ üzvlük haqqında saziş imzalaması məsələsinə də toxunulub.  

Kreml rəhbəri Barrozuya  Kiyev hakimiyyətinin Ukraynanın cənub-şərqində əməliyyatları dayandırmasının vacibliyini də çatdırıb.   

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu