Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dünən 9 və 11-ci sinif şagirdləri üçün növbəti buraxılış imtahanları keçirib. İmtahanlar Naxçıvan MR, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavənd rayonlarında olub.
Modern.az-ın məlumatına görə, imtahan prosesinin idarə olunması üçün komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə olub.
Bütün binalarda şagirdlər üçün normal imtahan şəraiti yaradılıb, imtahanın təlimata uyğun keçirilməsinə nəzarət olunub.
Qeyd edək ki, imtahanın nəticələrinin yaxın günlərdə elan olunması nəzərdə tutulur və nəticələrin elan olunmasına dair ilkin məlumatlar TQDK-nın rəsmi facebook səhifəsində veriləcək.
Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir.
Misranə Həsənzadə