Modern.az

Müəllimlərin imtahanı ilə bağlı yeni xəbər var - 95 faiz iştirak etdi

Müəllimlərin imtahanı ilə bağlı yeni xəbər var - 95 faiz iştirak etdi

Təhsil

14 İyun 2014, 12:34

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, müəllimlərin 4 gün davam edən sınaq qiymətləndirilməsi başa çatdı. 30 mərkəzdə təşkil olunmuş imtahanlarda Bakı şəhərində fəaliyyət göstərən 357 dövlət ümumtəhsil müəssisələrində çalışan 29 000-ə qədər müəllim (ümümi kontingentin 95%-dən çoxu) iştirak edib.

Hazırda cavab kartlarının emalı prosesi gedir. Proses tam başa çatdıqdan sonra müəllimlər öz nəticələrini Bakı Şəhəri üzrə Təhsil İdarəsinin saytında yaradılacaq xüsusi bölmədə öyrənə biləcəklər.

Sınaq siymətləndirmədə istifadə edilmiş suallar və düzgün cavabların da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin saytında və Facebook səhifəsində yerləşdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Dövlət Strategiyasının icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10 – 13 iyun 2014 - cü il tarixlərində Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin aparılması nəzərdə tutulmuşdu.

Misranə Həsənzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu