Modern.az

Türkiyə vətəndaşı İŞİD girovluğundan qaçdı – FOTO

Türkiyə vətəndaşı İŞİD girovluğundan qaçdı – FOTO

Təhsil

14 İyun 2014, 21:30

 

İraq Şam İslam Dövlətinin (İŞİD) girov götürdüyü Türkiyə vətəndaşlarından biri qaçıb. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İŞİD-in qaçırdığı TIR sürücüsü olan  türk vətəndaşı İbrahim Kaynak terroçuların əlindən qaçaraq Şanlıurfanın Akçakala bölgəsinə gəlib. O, İŞİD-in əlindən necə qaçdığını isə belə açıqlayıb:

“Deyildi ki, Mosulun mərkəzində böyük partlayış oldu. İŞİD yaraqlıları da həmin bölgəyə getdi. Mən də bu fürsətdən istifadə edə bildim və oradan qaçdım”.  

Yaşadığı Akçakalaya gələn İ. Kaynak girov saxlanıldığı girovların vəziyyətinin pis olduğunu bildirib. “Mənim olduğum yerdə iyirmiyə yaxın girov sürücü var idi. Onların çoxu halsız və ac idilər. İçlərində bir mən sağlam idim. Allah heç kimi o zalımların əlinə düşürməsin”,-deyə təəssüratlarını bölüşüb.  

Qeyd edək ki, Mosulda Türkiyə baş konsulluğunun diplomatları da daxil olmaqla, türk sürücülər İŞİD tərəfindən girov götürülüb.  


Modern.az


 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu