Plana əsasən, İctimai Birliyin sədri və təşkilat komitəsinin həmsədri Məhəmməd Vəliyevin rəhbərlik etdiyi Əfqanıstan müharibəsi iştirakçılarından ibarət qrup cəbhə bölgəsindədir.
Onlar hərbi hissələrdə döyüşçülərlə görüşür, cəbhə xatirələrindən danışır və şəxsi heyətin döyüş ruhunun yüksəldilməsi üçün öz səylərini əsirgəmirlər.
Bu günlər ərzində onlar Goranboy, Ağdam bölgələrində ön səngərlərdə Vətən torpaqlarının keşiyini çəkən əsgərlərlə görüşüb, onlara xatirə hədiyyələri təqdim ediblər.
Əfqanıstan və Qarabağ müharibəsi iştirakçılarından, Binəqədi və Ağdam rayon Əfqanıstan Müharibəsi Veteranları təşkilatlarının sədrləri Məhəddin Rüstəmov, Rəfael Zeynalov, Ayxan Məmmədov, ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev çıxış edib və Azərbaycan Ordusunun bugünkü qüdrətindən, gücündən qürur duyduqlarını bildirib, hər an Silahlı Qüvvələrin şəxsi heyətilə birlikdə Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bəyan ediblər.
İctimai Birliyi sədri Məhəmməd Vəliyev xidmətdə fərqlənən bir qrup zabitə xatirə medalları təqdim edib.
Modern.az