Modern.az

Ərdoğandan Türkiyə müxalifətinə təklif: “Gedin paraşütçü olun”

Ərdoğandan Türkiyə müxalifətinə təklif: “Gedin paraşütçü olun”

Təhsil

14 İyun 2014, 23:13


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkənin müxalifət partiyalarının prezident seçkisində iştirakını şərh edib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Artvin valiliyi önündə təşkil olunan tədbirdə çıxış edən R. T. Ərdoğan ana müxalifət partiyaları CHP və MHP-nin Türkiyə hökumətini əsassız iddialarla tənqid etdiyini bildirib.

Onun sözlərinə görə Türkiyə müxalifətinə nurçu təriqətinin ABŞ-da yaşayan lideri Fətulla Gülən dəstək verir.

“Bunlar havada duran dam axtarırlar. Bunlar ancaq paraşütçü olar. Təməli, tavanı, qaynağı olmayan dam qurmağa çalışırlar. Onlar Türkiyənin hər yerinə nüfuz edə bilmirlər”,-deyə baş nazir qeyd edib.    

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu