Ukrayna prezidenti Pyotr Poroşenko Fransa dövlət başçısı Fransua Ollandla telefon vasitəsi ilə Ukraynadakı böhranı müzakirə edib. Modern.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə P. Poroşenko Qərb dairələrini Rusiyaya qarşı sanksiyaları tətbiq etməkdə həmrəy olmağa çağırıb.
Ukrayna lideri bildirib ki, Avropa İttifaqı Rusiya ilə hərbi-texniki əməkdaşlığı dayandırmalıdır.F. Olland isə Ukraynanın şərqində hərbiçilərin separatçılar tərəfindən öldürülməsinə görə P. Poroşenkoya başsağlığı verib.
Modern.az