Modern.az

Azərbaycanlı deputatın qızı Kiprdə ali məktəb bitirdi - FOTO

Azərbaycanlı deputatın qızı Kiprdə ali məktəb bitirdi - FOTO

Təhsil

15 İyun 2014, 11:48

Milli Məclisin deputatı Etibar Hüseynovun qızı Maral Hüseynova Kiprdə ali təhsilini başa vurub. Modern.az-ın məlumatına görə, bu barədə məlumat verən deputat sevincini Facebook-da bölüşüb. Deputatın sözlərinə görə, övladı Kiprdəki Yaxın Şərq Universitetində Radio-televiziya-kino fakültəsində təhsil alıb.
”Maral təhsilini əla qiymətlərlə başa vurub Bakıya döndü. Bu, onun Beynəlxalq Atalar günü üçün mənə etdiyi ən böyük hədiyyəsi oldu. Səninlə qürur duyuram. Vətənimizə, xalqımıza xeyirli övlad olasan” deyə deputat qızına xoş sözləri arzu edib.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu