“İraq Şam İslam Dövləti” İraqın Mosul şəhərini işğal etdikdən sonra Bağdad yaxınlığındakı Tikritdə sözün həqiqi mənasında qətliam gerçəkləşdirib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis müdirliyi binası başda olmaqla dövlət obyektlərinə hücum edən yaraqlılar 1700 şiə məzhəbli polisi qətlə yetirib. İŞİD-in bu qətliamı dünyanı dəhşətə gətirib, yaraqlıların şiələrə qarşı nə qədər amansız davrandığını bir daha təsdiqləyib.
Modern.az