Modern.az

Prezidentin andiçməsində yıxılan əsgər: “Məni gün vurmuşdu, amma…”

Prezidentin andiçməsində yıxılan əsgər: “Məni gün vurmuşdu, amma…”

Təhsil

16 İyun 2014, 01:08


Pyotr Poroşenko inauqurasiya mərasiminə gələndə Ali Radanın binası qarşısında dayanan Prezident polkunun fəxri qarovulunun əsgərlərindən birinin əlindən silahının düşməsinivə onun yıxılmasını  media vasitəsi ilə bütün dünya gördü.

Bu əsgər Şendirovkadan olan (Çerkask vilayəti) 20 yaşlı Aleksandr Sikalo idi. O, xidməti müddətini hələ iki ay bundan əvvəl bitirmiş olsa da, Ukraynanın Şərqindəki məlum hadisələrə görə, tərsis olunması qeyri-müəyyən vaxta qədər uzadılıb.
Modern.az saytı vesti.ua-ya istinadən hərbçinin hadisəylə bağlı etiraflarını diqqətinizə çatdırır.

Olay barədə danışan Aleksandr “məni gün vurmuşdu, amma indi özümü artıq yaxşı hiss edirəm” deyib. Aleksandrın sözlərinə görə, o, həmişə inauqurasiyada iştirak etməyi arzulayıb:
”Hətta ağlıma belə, gətirmirdim ki, bu mənə, belə nəsib olacaq. Hələ Poroşenkonun gəlməsinə yarım saat qalmış, biz avtobusdan düşüb sıraya düzlənəndə mən özümü pis hiss etməyə başladım. Mənim ürəyim bulanırdı və başım hərlənirdi. Prezident avtomobildən düşəndə, mənim üçün sanki hər şey dumanda olduğu kimi idi. Mən çalışdım ki, heç olmasa Prezident keçincə özümü ələ alıb silahı əlimdə saxlaya bilim. Lakin, mən onu əlimdən saldım”.

Bu olaydan sonra onu dərhal kənara çəkərək, həkimlər ona su verib və əsgərə baxdıqdan sonra “gün vurması” diaqnozu qoyublar.

Bir saatdan sonra inauqurasiya mərasimi yekunlaşdıqda, Poroşenko Radanın çıxışında bu əsgərdən özünü necə hiss etməsi barədə xəbər almaq istəyəndə, artıq onun yerində başqa bir əsgərin olduğunu görüb.

Rəhbərlik Sikalonu baş vermiş olaya görə cəzalandırmayıb. Müdafiə Nazirliyində deyiblər ki, ona qarşı heç bir tədbir görülməyəcək və Aleksandr sadəcə olaraq xidmətini davam etdirəcək. Əsgər özü baş vermiş hadisəyə görə pərişan olsa da, amma o, bunun düşərli bir işarə olduğuna inanır. Aleksandr: “Ümid edirəm bu, o deməkdir ki, bütün əsgərlər silahı yerə qoyacaq və Ukrayna vahid olacaq”.
O, tezliklə xidmətini başa vurub anasının yanına, doğma Şenderovkaya qayıtmaq istəyir. Yeri gəlmişkən, onun anası Elena Aleksandrovna televizorda inauqurasiya mərasiminə baxarkən öz oğlunu görüb. O, deyib ki, bu hadisəni görəndə çox qorxub. İndi ana yalnız hər şeyin yaxşı olmasını və oğlunun tezliklə xidməti başa vurub evə dönməsini istəyir.

Aleksandrın hələ bir çox qonşuları bilmirlər ki, bu cür məşhur olan oğlan, məhz onların həmkəndliləridir.

Əsgəri sosial şəbəkələrdə adi ukraynalılar da dəstəkləyiblər. Bir çoxları videorolikin altından “Bərk dur, Saşa” yazaraq, baş vermiş hadisəyə görə, onun xidmət etdiyi polkun rəhbərliyindən bu əsgəri cəzalandırmamağı xahiş ediblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu