Modern.az

Nazir şəhid əsgəri təltif etdi

Nazir şəhid əsgəri təltif etdi

Təhsil

16 İyun 2014, 10:21

 

İyunun 15-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə nəticədə Silahlı Qüvvələrimizin 1994-cü il təvəllüdlü, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayonundan hərbi xidmətə çağırılmış hərbi qulluqçusu kiçik çavuş Kərimov Səməndər Fazil oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olub. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə kiçik çavuş Səməndər Kərimov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.   Allah rəhmət eləsin!  

 

Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu