Braziliyiada futbol üzrə 20-cu Dünya Çempionatında qrup mərhələsinin oyunları davam edir. Ötən gecə daha üç qarşılaşma baş tutub.
E qrupunun ilk matçında İsveçrə və Ekvador yığmaları üz-üzə gəlib. Oyunda ilk qolu Ekvador millisi vursa da, avropalılar ikinci hissənin əvvəllərində hesabı bərabərləşdirə bilib. Görüşün son saniylərində isə İsveçrə qələbə qolunu vuraraq 2:1 hesabı ilə qalib gəlib.
Qrupunda digər oyununda Fransa Hondurasla münasibətlərinə aydınlıq gətirib. Rəqibinə heç bir şans verməyən fransızlar görüşdən böyükhesablı qələbə ilə ayrılıblar - 3:0.
F qrupunun ilk görüşündə Argentina millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşıb. Oyun cənubi amerikalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
E qrupu
İsveçrə - Ekvador - 2:1
Qollar: Behrami 48, Seferoviç 90+3 - Valensiya 22.
Fransa - Honduras - 3:0
Qollar: Benzema 44-pen., 72, Valladares 48-öz qapısına.
Fransa | 1 | 1 | 0 | 0 | 3-0 | 3 |
İsveçrə | 1 | 1 | 0 | 0 | 2-1 | 3 |
Ekvador | 1 | 0 | 0 | 1 | 1-2 | 0 |
Honduras | 1 | 0 | 0 | 1 | 0-3 | 0 |
F qrupu
Argentina - Bosniya və Herseqovina 2:1
Qollar: Kolasinaç 3-öz qapısına, Messi 65 - İbişeviç 84.
Modern.az