Modern.az

ABŞ İŞİD-ə qarşı İranla birləşir

ABŞ İŞİD-ə qarşı İranla birləşir

Təhsil

16 İyun 2014, 23:36



ABŞ-ın dövlət katibi Con Kerri İran ilə İraqda baş verən prosesləri müzakirə etməyə hazır olduqlarını söyləyib. Modern.az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, Kerri Amerika mediasına açıqlamasında deyib ki, Obama hakimiyyəti hər keçən gün təhlükəsizlik məsələsi xoşagəlməz istiqamətə yönələn İraqdakı vəziyyəti İranla müzakirə etməyə hazırdır. İraqda “İraq Şam İslam Dövləti” terror təşkilatının irəliləməsini dayandırmaq üçün İran-ABŞ hərbi işbirliyi potensialını nəzərdə tutmadıqlarını qeyd edən Kerri ABŞ-ın insansız uçan təyyarələrinin də çox yaxşı vasitə ola biləcəyini vurğulayıb: “İran bölgədəki gərginliyi zəiflətməyə və İraqın idarə edilməsində etibarlı yardımçı ola bilərsə, Vaşinqton Tehran ilə danışıqlara hazırdır”.

Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu