Modern.az

Bülənt Arınç: “CHP daxilində Ekmeleddin İhsanoğlunu sevmirlər”

Bülənt Arınç: “CHP daxilində Ekmeleddin İhsanoğlunu sevmirlər”

Təhsil

17 İyun 2014, 09:52


Türkiyənin ana müxalifət partiyaları MHP və CHP-nin prezident seçkisində vahid namizədlə iştirak edəcəklərini hakim Ədalət və İnkişaf Partiyası  (AKP) şərh edib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Ekmeleddin İhsanoğlunun müxalifətin vahid namizədi olmasına baş nazirin müavini Bülənt Arınç münasibət bildirib. Onun sözlərinə görə CHP daxilində E. İhsanoğlunu dəstəkləməyən qüvvələr mövcuddur.

“Əgər bu şəxsi hər iki partiya müəyyən edibsə, digər təmaslarda diqqətə alınması vacib olan məsələlər gözardı edilibsə, belə bir namizədin prezident seçkisində nə qədər iddialı olacağını sizlər təxmin edin”,-deyə B. Arınç bildirib.  

Qeyd edək ki, E. İhsanoğlunu CHP lideri Kamal Kılıçdaroğlu MHP rəhbəri Dövlət Baxçalı ilə görüşdə vahid namizəd kimi təklif edib.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu