Qürbətdə yaşayan tanınmış azərbaycanlı yazıçı Çingiz Hüseynov İsrail vətəndaşlığını qəbul edib. Modern.az-ın məlumatına görə, bu, bir il əvvəl baş versə də, yalnız indi məlum olub. Yazıçının yaxın dostlarından olan Yuri Murun açıqlamasından məlum olan bu faktla bərabər, Qüds şəhərindəki yəhudi kitabxanasında Ç. Hüseynovun yubiley tədbirinin keçirilməsi qeyd olunub.
Qeyd edək ki, 85 yaşına qədəm qoymuş Ç. Hüseynov “Məhəmməd, Məmməd, Məmiş”, “Fətəli fəthi”, “Ailə gizlinləri”, “Doktor N” kimi bir sıra romanların müəllifi kimi tanınır. O, uzun müddət Moskvada yaşayıb və bir müddət öncə müalicə olunmaq üçün İsrailə səfər edib.
Modern.az