Modern.az

“Rusiya Ermənistanı pozucu davranışlardan əl çəkməyə vadar etməlidir” – ŞƏRH

“Rusiya Ermənistanı pozucu davranışlardan əl çəkməyə vadar etməlidir” – ŞƏRH

Təhsil

17 İyun 2014, 12:30


“Azərbaycanın bu səfərdən böyük gözləntiləri var. Çünki Azərbaycan tərəfi  danışıqların müsbət məcrada gedəcəyi təqdirdə, tərəflərin hər ikisinin maraqlarını əks etdirən mövzulara yönəldilib müsbət nəticələr əldə edilərsə, bu səfər, hər iki tərəfin mənafeyinə cavab verən qərarların əldə edilməsinə xidmət edəcək”.

Bunu Modern.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin perspektivini şərh edərkən qeyd edib ki, Rusiya Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq istəyir. “Azərbaycan da həmçinin eyni istəkdədir. Amma bunun üçün əlbəttə ki, hər iki tərəfdən müəyyən kompromislərə ehtiyac var. Bizim üçün əhəmiyyətli, vacib olan odur ki, Dağlıq Qarabağ məsələsində Rusiya, ədalətli və obyektiv mövqe sərgiləsin. Beynəlxalq hüquqi normalara uyğun olan qərarların qəbul edilməsinə dəstək versin. Ən başlıcası isə hər iki tərəf üçün, həm Ermənistan, həm də Azərbaycan üçün ədalətli mövqe tutsun. Yəni, təcavüzkar dövləti müdafiə etmək, ona aramsız silahlar göndərilməsindən əl çəksin. Eyni zamanda oradakı hərbi bazalarından Azərbaycanın ünvanına tez-tez hədələyici bəyanatlar səsləndirilməsi proseslərinə son qoysun”.

Analitik hesab edir ki,  Rusiya, təcavüzkar Ermənistanın danışıqlar prosesində, problemin həlli istiqamətində konstruktiv mövqe tutmasına yardım göstərməlidir. “Ermənistanı pozucu, destruktiv hədələrdən, davranışlardan əl çəkməyə vadar etməlidir. Rusiya bu bölgədə maraqları olan dövlətdir. Biz o maraqları tanımağa hazırıq. Amma eyni zamanda Rusiya da bizim maraqlarımızı, özü də beynəlxalq hüquq normaları ilə tətbiq edilmiş maraqlarımızın təmin edilməsinə ədalətli yardım göstərsin. Məhz bunların olacağı təqdirdə danışıqlar prosesi uğurla nəticələnə bilər”. Qeyd edək ki, S. Lavrov bu gün Azərbaycana səfər gəlir.  

Ayşən Mönsümlü

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu