Modern.az

Rüfət Quliyev:”Seçicilərin problemlərinin həlli üçün var gücümüzlə çalışacağıq”

Rüfət Quliyev:”Seçicilərin problemlərinin həlli üçün var gücümüzlə çalışacağıq”

Təhsil

17 İyun 2014, 12:44


73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat Rüfət Quliyev Lənkəran şəhərindəki qəbul otağında seçicilərlə növbəti görüşünü keçirib. Modern.az xəbər verir ki, görüşdə 32 seçici iştirak edib. İlk növbədə deputat Rüfət Quliyev seçicilərə  Ulu öndərin Respublikada ikinci dəfə siyasi hakimiyyətə qayıdışından – Qurtuluş Gününün xalqımızın həyatındakı böyük rolundan,  ölkəni parçalanma təhlükəsindən xilas etməsindən, yeni müstəqil Azərbaycanın memarı və qurucusu olmasından ətraflı bəhs edib, Qurtuluş Günü münasibətilə seçiçiləri və bütün Azərbaycan xalqını təbrik edib. Sonra deputat möhtərəm Prezindetimiz cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü xarici və daxilı siyasət kursunun uğurlarından, ölkədə və o cümlədən Lənkəran rayonunda aparılan irimiqyaslı quruculuq, tikinti-abadlıq işlərindən danışıb.

Görüş iştirakçıları onları narahat edən bir sıra məişət problemləri barədə deputata müraciət ediblər. Onların qaldırdıqları bir çox məsələlər yerindəcə həll edilib, araşdırma tələb edənlər isə həll edilmək üçün nəzarətə götürülüb. Deputat Göyşaban kənd sakini Əfqanıstan müharibəsi iştirakçısı Eyvaz Rəhimovun müalicəsi təşkil etməyə söz verdi və ilkin olaraq ona maddi yardım göstərib.

Qəbula gəlmiş ziyalılar Təhsil Nazirliyi xəttilə həyata keçirilən “Sabah” qruplarının fəaliyyəti barədə deputatdan məlumat verməyi xahiş ediblər. Deputat bu barədə ətraflı məlumat verərək bildirib ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşov da bu qrupların yaradılmasına  böyük önəm verir və Lənkəran Dövlət Universitetinin birinci kursunu əla qiymətlərlə bitirən tələbələr də bu qruplarda oxuya biləcəklər.

C.Cabbarlı adına 1 saylı Lənkəran uşaq musiqi məktəbinin müəllimləri Əlirza Əsgərov və Xədicə Həsənova öz çıxıslarında vurğuladılar ki, yaxşı olardı ki, Lənkəran Dövlət Universitetində müsiqi fakültəsində yaradılsın ki, musiqi məktəbləri üçün yüksək ixtisaslı kardlar hazırlansın, həmçinin bildirildi ki, Müsiqi Akademiyasında da zəruri ixtisaslar üzrə yeni şöbələrə ehtiyac vardır.

Sonda Rüfət Quliyev çıxış edərək bildirib ki, seçicilərin qaldırdıqları bütün məsələlər onun fəaliyyətində prioritet yer tutur və onların həlli üçün var gücü ilə çalışacaqdır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu