Modern.az

Vaqif Səmədoğlu: “Mən Anara səs verəcəyəm”

Vaqif Səmədoğlu: “Mən Anara səs verəcəyəm”

Təhsil

17 İyun 2014, 13:12


Uzun müddətdir ki, səhhəti ilə bağlı xaricdə müalicə olunan xalq şairi Vaqif Səmədoğlu özünü yazıçıların qurultayına çatdırıb. Qurultay iştirakçıları Vaqif Səmədoğlu alqışlarla qarşılayıb.

Qəfil gəlişi ilə hamını heyrətləndirən həmkarına AYB sədri belə müraciət edib: “Buyur bu da “Türksoyun” sənə mükafatı...” “Son zamanlar xəstəliyim ucbatından interneti və mətbuatı izləmək imkanım yox idi. Yazıçılar Birliyinin və Anarın əleyhinə yazılar yazılıb. Mən bu gün tək Anara yox, eyni zamanda Yazıçılar Birliyinin binasına, köhnə xatirələrə səs verəcəyəm”, – deyə V. Səmədoğlu çıxış edərək bildirib.

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən şair xeyli vaxtdır ki, mütəmadi olaraq İsraildəki klinikalara gedir.

Elmin Nuri

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu