Modern.az

İsraildən vətəndaşlıq alan azərbaycanlı yazıçı DANIŞDI: “Kərbəlayı idim, indi Qüdsi də oldum”

İsraildən vətəndaşlıq alan azərbaycanlı yazıçı DANIŞDI: “Kərbəlayı idim, indi Qüdsi də oldum”

17 İyun 2014, 13:40

Tanınmış azərbaycanlı yazıçı Çingiz Hüseynov İsrail vətəndaşlığı alması ilə əlaqədar Azərbaycan mediasındakı rəylərə münasibət bildirib.

Modern.az-ın məlumatına görə, 85 yaşlı yazar qeyd edib ki, indiyədək onun iki vətəni olub: “Birisi – doğulduğum, canım-ciyərim, ata-baba yurdum, daim özümü orada gördüyüm Azərbaycan, digəri isə – altmış neçə il yaşadığım, bir şəxsiyyət kimi yetişdiyim, ailə qurduğum, ikinci doğma dil qazandığım Rusiya.
İndi isə taleyin hökmü və mənim ixtiyar istəyimlə üçüncü məskənim yaranmaqdadir – İsrail. Şəhərlər uçbucağı: Bakı, Moskva və əl-Qüds-Yeruşalaym, üç dinlər şəhəri!.. Kərbəlayi idim, indi Qüdsi də əlavə olundu adıma.
Soruşurlar: İsrail necə bir ölkədir? Daimi münaqişəyə adi insanların münasibəti necədir?.. Dərhal cavablandırıram – yorulublar bu toqquşmadan! Gündəlik yaşam tərzi? Azərbaycanlılar, bu Azərbaycanı məcburən tərk edən yəhudilər necə yaşayırlar bu ölkədə?..
Fikrim mübahisəli olsa da tezis formasında, yazımın janrına uyğun deməliyəm: vaxtilə belə bir dövlətin yaranması tarixi zəruriyyət və ədalətli bir addım idi.
Ümumiyyətlə yəhudilər – həm mədəni, həm elm, həm sivilizasiya, həm tarixi baxımından – böyük, şöhrətə layiq millətdir, bunu dananlar ən azı yanılırlar, yaxud qərəzli təbliğat qurbanlardılar.
Bəzən kinayə-qəzəblə: “Az təriflə”, - deyirlər, - yəhudiləri, yalnız öz millətinin qeydinə qalırlar!.. Deyirəm: “Neynək, qoy Rusiya və Azərbaycandakılar da öz millətlərini düşünsünlər, yəhudilərə baxıb bunu yapmağa çalışsınlar...
Kimi qurub yaradır, evlər tikir, yollar salır, kimi söküb dağıdır, illər boyu davam edən istəyi-niyyəti qanlı savaşdır.
Odur ki, ölkəni, yəhudiləri yox etmək arzusunu açıqca səsləndirən yabançılar öz hərəkətləri və əməlləri ilə ən azı pislənməli, nifrətlənməlidilər.
Əlbəttə, yaşadığımız bu dünyada nə ideal ölkə var, nə də ideal bir millət, amma yəhudilər dövlətini yaradıb onu qoruyub saxlamağa qadir millətdir.
Hərbi libasda gənclər görürəm, oğlanlar və qızlar – fərəh hissi ilə öz yurdunu, torpağını qorumağa can-başla hazırdılar... Qızım sənə deyirəm misalı...
Azərbaycanlılar və Bakıdan gələn yəhudilər burada iki ölkənin birliyini təcəssüm edən “Azİz” adlı, yəni Az-n + İsrail, çalışqan, aktiv bir cəmiyyət yaradıblar və məni sevindirən onlarin hərəkətverici “Ayrılarmı könül” candan şuarıdır... Mən qürbət eldə bu dəstədənəm”.


Modern.az
 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi