Modern.az

Müəllimlərin imtahanının cavabı bu həftə açıqlanacaq

Müəllimlərin imtahanının cavabı bu həftə açıqlanacaq

Təhsil

17 İyun 2014, 13:48

“Ümumilikdə, 30072 müəllimdən 29000 müəllim Sınaq Qiymətləndirilməsində iştirak edib. Nəticələrin bu həftə ərzində açıqlanması nəzərdə tutulub. Üzrlü səbəbdən iştirak etməyən müəllimlər üçün sınaq qiymətləndirilməsinin tarixi təhlildən sonra müəyyən ediləcək”. Bunu Modern.az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva deyib.

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10-13 iyun 2014-cü il tarixlərində Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılıb. 

Misranə Həsənzadə

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu