Modern.az

Sabir Rustəmxanlı qurultaydan gileyləndi: “Çox təəssüf...”

Sabir Rustəmxanlı qurultaydan gileyləndi: “Çox təəssüf...”

Təhsil

17 İyun 2014, 14:16



“Çox təəssüf ki, qurultayda daha çox son 10 ildə baş verənlərə nəzər salınır. Amma qurultayın əsas işi ədəbi proseslərin və problemlərin inkişafı barəsində danışmaqdır. Əks halqa belə qurultayların heç bir mənası yoxdur”.
Modern.az xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı yazıçıların bugünkü qurultayında deyib.

O, çıxışında eyni zamanda, Güney Azərbaycan ədəbiyyatındakı məsələləri, türk dünyasının Azərbaycan ədəbiyyatına inteqrasiyası və bunun inkişafı barədə də fikirlər bildirib.

Millət vəkili həmçinin "kitab evləri" ilə bağlı məsələyə də toxunub. O bildirib ki,  bu gün Bakıda "Rus kitab evi" olsa da, "Azərbaycan kitab evi" yoxdur. 

"Bu gün kitab satışını bazar mühitinin ümidinə qoymaq olmaz, kitablara münasibəti dəyişmək lazımdır. Ölkədə ən azı 4000 kitabxana var. Onların hər birinə 1 yeni çap edilən kitab verilsə, bu, 4000 kitab deməkdir".

Azərbaycanın ən yaxşı 40-50 bədii əsərinin ölkə Prezidentinin sərəncamı ilə yeni yaradılan Tərcümə Mərkəzi tərəfindən dünya dillərinə tərcümə olunmasını təklif edən S.Rüstəmxanlı qeyd edib ki, bu gün "Әdəbiyyat" dərsliklərinin dili bərbad gündədir. O, dərsliklərdə ciddi islahatların aparılmasına ehtiyac olduğunu da bildirib.

 

Elmin Nuri

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu