Modern.az

Jurnalistlərin Həmkarlar İttifaqı Mingəçevirdə ailə dəyərlərini təbliğ edib

Jurnalistlərin Həmkarlar İttifaqı Mingəçevirdə ailə dəyərlərini təbliğ edib

Təhsil

17 İyun 2014, 14:41

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Mingəçevir şəhərində “Ailə dəyərlərinin inkişaf etdirilməsində “yeni media”nın rolu“ mövzusunda dəyirmi masa keçirib. Media Resurs Mərkəzində keçirilən tədbirə Mingəçevir şəhərində mövcud olan yerli KİV-lərin təmsilçiləri, paytaxtda fəaliyyət göstərən KİV-lərin bölgə  üzrə akreditasiya olunmuş nümayəndələri, həmçinin, yerli QHT-lərin  və  ictimaiyyətin  nümayəndələri qatılıblar.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, tədbirin  keçirilməsində məqsəd internet media  resurslarının, “yeni media”nın ailə dəyərlərinə ciddi  təsirini təcrübi və nəzəri faktlarla təsvir etmək, ailə- məişət mövzusunda informasiya yayan internet istifadəçilərinin etik və hüquqi məsuliyyətləri barədə maarifləndirmə işi aparmaq, internet media resurslarının imkanlarının ailə dəyərlərinin inkişaf etdirilməsinə yönəldilməsinə yardım göstərməkdən ibarət olub:

“İnternet üzərindən informasiya yayan vətəndaşlarda və qurumlarda yaydıqları informasiyalara görə daşıdıqları etik və hüquqi məsuliyyət barədə təsəvvür formalaşdırmaq günün vacib problemləri sırasındadır. Mingəçevirdə keçirdiyimiz tədbirdə internet üzərindən  ailə-məişət məsələləri, qadın –uşaq hüququları, şəxsi həyat sirri və sair kimi mövzularda  informasiya yayan vətəndaşların  və qurumların  diqqət yetirməli olduqları nüanslar barədə müzakirələr keçirdik”.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən tədbirə Şuranın koordinatoru Nigar Ağakişiyeva və  Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə də qatılaraq tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirilən  “Ailə dəyərlərinin  inkişaf etdirilməsində “yeni media”nın rolunun artırılmasına yardım “ layihəsi çərçivəsində baş tutub. Dəyirmi masa  iştirakçəlarına  layihə çərçivəsində hazırlanmış “İnternet media resurslarında yayılan informasiyalara görə yaranan etik və hüquqi məsuliyyət” adlı vəsait paylanıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu