Modern.az

315 İŞİD terrorçusu öldürülüb

315 İŞİD terrorçusu öldürülüb

Təhsil

17 İyun 2014, 15:55


İraqda Mosul, Tikrit kimi iri şəhərləri ələ keçirib Bağdada dorğu irəliləyən İraq Şam İslam Dövlətinə  (İŞİD) hökumət qüvvələri ağır zərbələr endirib. Nəticədə 315 İŞİD terrorçusunun öldüyü bildirilir.

Modern.az xəbər verir ki, bu barədə İraqın dövlət televiziyası “İraqiyyə” telekanalı məlumat yayıb. Məlumata görə İraqın Diyalə vilayəti Babuka bölgəsində hücuma hazırlaşan İŞİD üzvləri öldürülüb.

Bölgənin təhlükəsizliyinə məsuliyyət daşıyan Dəclə Əməliyyatlar Komandanı, general Abduləmir Əl-Zeydi isə bildirib ki, son sutka ərazində İŞİD-lə silahlı toqquşmalar baş verir və İraq ordusu 315 terrorçunu zərərsizləşdirib.   

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu