Modern.az

Əlaçı məzunlar oxumaq üçün Moskvaya ÇAĞIRILIR: Rus səfirliyinin yeni qaydaları

Əlaçı məzunlar oxumaq üçün Moskvaya ÇAĞIRILIR: Rus səfirliyinin yeni qaydaları

Təhsil

17 İyun 2014, 16:49

Rusiya ali məktəblərinə azərbaycanlı tələblərin qəbulu ilə bağlı yeni qaydalar tətbiq olunub. Modern.az saytı bildirir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Bakıda yaşayan ruslarla keçirilən görüşdə bildirib.

“2014-cü ildən etibarən Rusiya Bakıda namizədlərin seçimini  yeni qaydalarla aparacaq. Rusiya ali məktəblərində oxumaq hüququ milliyətdən asılı olmayaraq orta məktəbi “əla”  qiymətlərlə bitirmiş istedadlı Azərbaycan gənclərinə veriləcək və yalnız onların sənədləri qəbul olunacaq. Namizədlərə Rusiyada istənilən ali məktəbi seçmək hüququ verilib”-deyə səfir vurğulayıb.

Doroxinin sözlərinə görə, qəbulla bağlı qərarı Rusiya Elm və Təhsil Nazirliyi, ali təhsli müəssəsinin rəhbərliyi qəbul edir. Rusiya səfirliyi namizdələrin müəyyən olunması zamanı Azərbaycanda yaşayan rus diaspora  təşkilatlarının mövqeyinin nəzərə alınacağını da vurğulayıb.

X.SƏFƏRLİ

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu