Modern.az

Dəniz Baykal İhsanoğluna QARŞI: “İslamçı birinin vahid namizəd olması məni narahat edir”

Dəniz Baykal İhsanoğluna QARŞI: “İslamçı birinin vahid namizəd olması məni narahat edir”

Təhsil

17 İyun 2014, 22:37

Türkiyə ana müxalifəti CHP və MHP-nin  prezident seçkisində vahid namizədlə çıxış edəcəyi məsələsi ətrafında müzakirələr davam edir. CHP rəhbəri Kamal Kılıçdaroğlunun İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlunu vahid namizəd kimi təklif etməsindən sonra Türkiyə siyasi çevrələrindən ard-arda bu məsələyə reaksiyalar gəlir.

Bu gün isə CHP-nin keçmiş lideri Dəniz Baykalın da iştirakı ilə sözügedən partiyanın 15 deputatının keçirdiyi iclasda İhsanoğlu məsələsi müzakirəyə çıxarılıb.  

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, D. Baykal iclasdan sonra mətbuata açıqlama verib. O bildirib ki, E. İhsanoğlunun vahid namizəd olması onu narahat edir.   “Siyasi islamçı birinin vahid namizəd olması ilə bağlı narahatlıqları başa düşürəm. Bundan mən də narahatam. Yanlış addım atıldı. Partiyanın zərər görməsini istəmirəm və bununla bağlı  CHP nümayəndələrinə də məsləhətlərimi bildirdim”.  

Qeyd edək ki, məlumatlarda CHP daxilində E. İhsanoğlunun namizədliyinə etiraz edən qüvvələrin olduğu da bildirilir. Türkiyə baş nazirinin müavini Bülənt Arınç da açıqlamasında vahid namizədlə bağlı perspektivin olmadığını söyləyib. Türkiyənin hökumət rəsmisi də CHP daxilindəki çevrələrin E. İhsanoğlunu sevmədiyini vurğulamışdı.  

A. Kərimov


Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu