Modern.az

İŞİD türkmənlərin kompakt yaşadığı əraziləri ələ keçirdi

İŞİD türkmənlərin kompakt yaşadığı əraziləri ələ keçirdi

Təhsil

18 İyun 2014, 00:29

İraqda silsilə vəhşiliklərə imza atan İraq Şam İslam Dövləti (İŞİD) türkmənlərin yaşadığı bir neçə kəndi tutub.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İraqın  Səlahəddin bölgəsinə məxsus və türkmənlərin kompakt yaşadığı Çardağlı, Biravcılı və Karanaz kəndləri  İŞİD yaraqlıları tərəfindən tutulub. İraq Türkmən Cəbhəsinin Səlahəddin nümayəndəliyinin rəsmisi Nihat Rza bildirib ki, kəndililər yaşadığı yerləri tərk etmək istəyərkən, İŞİD silahlılarının güllələrinə tuş gəliblər. Onun sözlərinə görə açılan atəşlər nəticəsində üç türkmən ölüb, səkkizi isə yaralanıb.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu