Modern.az

Poroşenko Putinə söz verdi

Poroşenko Putinə söz verdi

Təhsil

18 İyun 2014, 01:52


Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya dövlət başçısı Vladimir Putinə  ölkəsindəki rus jurnalistlərin təhlükəsizliyini təmin etməyə söz verib.

Modern.az İTAR-TASS-a isinadən xəbər verir  ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, P. Poroşenko bununla bağlı Kreml rəhbəri Vladimir Putinlə əlaqə saxlayıb. Kreml rəsmisinin sözlərinə görə P.Poroşenko Luqanskda həlak olan rus jurnalistlərə görə V. Putinə başsağlığı verib. D. Peskov bildirib ki, telefon danışığında Rusiya ilə Ukrayn arasında münasibətlərin qaydaya salınması məsələsi də müzakirə olunub.  

Qeyd edək ki, Rusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin müxbiri İqor Kornelyuk və səs rejissoru Anton Voloşin Luqanskda gedən döyüşlər zamanı öldürülüb. 

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu