Modern.az

Nazir Baş Prokurorluğa şikayət etdi

Nazir Baş Prokurorluğa şikayət etdi

İqtisadiyyat

18 İyun 2014, 10:33

Kənd Təsərrüfatı Nazirliyi Respublika Prokurorluğuna şikayət edib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə yaradılmış Respublika Komissiyasının 2014-cü il 8 aprel tarixli qərarına uyğun olaraq 2013-cü ilin payızında buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş yardımların istifadə vəziyyətinin öyrənilməsi üçün Nazirliyin mütəxəssisləri tərəfindən Beyləqan rayonunda monitorinq keçirilib.

Aparılan monitorinq zamanı Beyləqan rayonunun seçmə yolu ilə müəyyən olunmuş kənd ərazilərində buğda səpininə görə yardımın verilməsi vəziyyəti araşdırılarkən bir sıra ciddi hüquqpozmalar, o cümlədən  Nazirlər Kabinetinin  2007-ci il 16 noyabr tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına  yardım verilməsi Qaydaları”nın tələblərinə əməl olunmadığı müəyyən edilib.

Aparılan monitorinqin yekun nəticələrinə dair materiallar araşdırılması üçün Respublika Prokurorluğuna göndərilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım