Modern.az

Azərbaycan-İraq parlamentlərarası dostluq qrupunun rəhbəri “İŞİD”dən danışdı: “Onlar terrorçudur”

Azərbaycan-İraq parlamentlərarası dostluq qrupunun rəhbəri “İŞİD”dən danışdı: “Onlar terrorçudur”

Təhsil

18 İyun 2014, 14:22



“Mütəmadi olaraq İraqın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayıram”. Bunu Modern.az-a Milli Məclisin Azərbaycan-İraq parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat İlham Məmmədov deyib.

“İraqda baş verən hadisələri, insanlığa qarşı həyata keçirilən terror aktını pisləmək lazımdır. Bu, dünya terrorizm şəbəkəsinin bir hissəsidir. Onlar müsəlman deyil, bu, yalnız ayrı-ayrı qüvvələrin islamofabiyanı şişirtmək üçün əl atdığı oyunun bir hissəsidir. Bu, təkcə İraq xalqına qarşına deyil, bütün bəşəriyyətə qarşı terrordur”.

İ. Məmmədovun sözlərinə görə, Azərbaycandan da Suriya və İraqdakı terrorçu qruplaşmalara qoşulan xeyli sayda insan var. “Məqsəd heç də Suriyanı, ya İraqı azad etmək deyil. Onlar sadəcə olaraq hərbi təlimlər keçirlər. Ona görə də Milli Məclisdə bu kimi halların qarşısının alınması üçün cəzaların sərtləşməsi vaxtında qəbul olunmuş qərardır”.

Ulduz İBRAHİMOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu