Modern.az

Orxan Zeynalovun həbs müddəti 6 ay uzadıldı

Orxan Zeynalovun həbs müddəti 6 ay uzadıldı

Təhsil

18 İyun 2014, 14:54

Moskva şəhər Məhkəməsi  Rusiya paytaxtının Biryulevo rayon sakinini qətlə yetirən Azərbaycan vətəndaşı Orxan Zeynalovun həbs müddətinin 6 ay uzadılması haqda qərar çıxarıb. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Zeynalovun ilkin dindirilməsi isə sabah davam etdiriləcək.

İstintaqın versiyasına görə, içkili vəziyyətdə olan Zeynalov 2013-cü il oktyabrın 10-da 25 yaşlı moskvalı Yeqor Şerbakovla münaqişə zamanı ona bıçaqla bir neçə zərbə vuraraq hadisə yerindən qaçıb. Şerbakov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisədən iki gün sonra Zeynalov Moskva ətrafındakı Kolomnada saxlanılıb və ona Rusiya Cinayət Məcəlləsinin 105.2 maddəsi ilə cinayət işi açılıb. Orxan Zeynalovun bu cinayəti törətdiyi sübut olunarsa 8 ildən 20 ilədək azadlıqdan məhrum oluna bilər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu