Modern.az

Yeni Türk düşüncəsini necə yaratmalı?

Yeni Türk düşüncəsini necə yaratmalı?

Təhsil

18 İyun 2014, 17:12

1. Yazı

Bu gün Türk düşüncəsinin-fəlsəfəsinin, özəlliklə Türk şüurunun gəlişməsində yeni nəsil aydınların, yeni nəsil elm adamlarının üzərinə daha ağır bir yük düşməkdədir. Bugün gərək Azərbaycanda, gərək Türkiyədə, gərəksə Türküstanda və ümumiyyətlə bütün Türk Dünyasında milli şüurumuza yeridilən  və xaricində də bu və ya digər biçimdə dayatılan saxtakar tarixdən, ədəbiyatdan, fəlsəfədən, xaotik milli düşüncədən deyil də, tək bir millətin min illər boyunca qoruyub içində saxladığı və yaşatdığı milli tarixdən, milli kültürdən, yəni milli fəlsəfi görüşdən hərəkət etməliyik. Zira, yalnız Türk fəlsəfəsinə, Türk tarixinə, Türk dini düşüncə sisteminə, Türk ədəbiyyatına və başqalarına sahib çıxmadan, onun tarixi – fəlsəfi dəyərlərinə varmadan əsla türkçülüyün bütün Türklər üçün hansı önəm ərz etməsini də dərk edə bilmərik. Dolayısıyla, ayrıca ələ alınan bir ölkənin  fəlsəfəsi, tarixi, ədəbiyyatı, kültürü və b. Dəyərlərinin yanı sıra, əsas anlamda Türk fəlsəfəsi, Türk dini, Türk kültürü, Türk ədəbiyyatı və Türk tarixindən də bəhs edilməli, öyrədilmelidir. Bütün bunlar Yeni Türk düşüncəsinin, Türk fəlsəfəsinin əsaslarını yaradaacakdır.

Yeni Türk düşüncəsinin-fəlsəfəsinin əsaslarını yaranması üçün əsas  olaraq bunlara diqqət etməliyik:

1) Yeni Türk düşüncəsi-fəlsəfəsi əsaslarının yaranması üçün öncə Türk tarixi yenidən dəyərləndirilməli, vahid Türk Ulusunun tarixi yazılmalıdır. Yeni Türk Tarixi qələmə alınarken Qərb, qismən də Şərq  araşdırmaçılarının təsirindən uzaq durulması bir şərt oürk Ulusununun tarihi yazдьфджlmalı, əsasən Türk qaynaqlarına istinad edilməlidir. Özəlliklə son 2 yüz ildə Türk tarixinin Qərb araşdırmaçıları tərəfindən saxtəkarlaşdırılması nəzərə alınmalıdır;

2) Yeni Türk düşüncəsi-fəlsəfəsi əsaslarının yaranması üçün Türk Kültürü və Türk Sivilizasiyası Qərb və Şərq Kültürünə və Sivilzasiyasına alternativ olaraq irəli sürülməlidir. Zənn edirik ki, Yeni Türk Tarixi qələmə alınarkən onun kültürəl-fəlsəfi yükü önə çəkilməlidir. Yəni əslində Türk Tarixi Türk Kültürü və Türk Sivilizasiyası ilə birbaşa bağlı olduğundan dolayı, onlar ayrı-ayrılıqda nəzərdə tutulamaz. Başqa bir yöndən Türk Kültürü və Türk Sivilizasiyasının həm tarixi, həm də fəlsəfi cəhətdən irəli sürlməsi Qərb və Şərq Sivilizasiyasına qarşı bir alternativliklə yanaşı, eyni zamanda onların var olmasının əsas cizgiləridir;

3) Yeni Türk düşüncəsi-fəlsəfəsi əsaslarının oluşması için başlıca meyarlardan bir dənəsi kimi də, Türk tarix fəlsəfəsinin varoluşunu zeruri sayırıq. Belə ki, tarixde Yunan, Çin, Alman və b. fəlsəfələrdən öncə və günmüzədək Türk fəlsəfəsi də olmuşdur. Təəssüf ki, Türk  Kültürü ve Türk Sivilizasiyası kimi Türk fəlsəfəsini bu günədək  sistemli hala gətirə bilməyi bacara bilməmişik. Əslində bir ulusun tarixi və fəlsəfəsi bir bütündür. Biri o birini tamamlar. Necə ki, yunanlar, fransızlar, almanlar və b. belə yapmışlar.

4) Yeni Türk düşüncəsi-fəlsəfəsi əsaslarının oluşması prinsiplərindən biri kimi də, Türk dünyasında milli şüurun formalaşmasını görürüz. Vahid tarix şüurunun yaranması Türk dünyasında yaşayan Türk xalqlarının özgüvəninə önəmli təsiri olacaqdır. Türk böyüklərinə (Alp Ər Tonqa, Atilla, Əmir Teymur, Alp Arslan, Atatürk, M.Ə.Rəsulzadə vəb.), Türk filosoflarına (Dədə Qorqud, C.Rumi, N.Gəncəvi, M.Füzuli vəb.) eyni gözlə baxan, eyni sevgi ilə yanaşan türklər ortaq milli şüurun formalaşması sonucunda özgüvənlərini, özlərinə inamı geri gətirmiş olacaqlar.

Öncə birinici prinsipə, yəni yeni Türk düşüncəsinin-fəlsəfəsinin nüvəsi saydığımız Türk tarixinin yenidən dəyərləndirilməsinə nəzər yetirək.

Məlum olduğu kimi, dünənə dək Türkün tarix yazamadığı, sadəcə tarixi yaratdıgı düşüncəsi şüurlarımızda hakim idi. Özəlliklə, bu fikrin ilk olaraq fransız mütəfəkkiri Monteskye (“İran məktubları”- 1715)  tərəfindən irəli sürülməsi diqqtçəkicidir. Dogrudanmı, türklər arasında bir kimsə tarix yazmaq iqtidarinda olmamışdır! Zənnimizcə, “Türk tarix yazmamışdır” düşüncəsi bizi səhv yola yönəltmiş, bununla da bir daha Türk tariximizi Avropalı, Batılı tarixçilərin ixtiyarına vermişiz. Necə ki, bu gün də şüurlarımıza hakim olan bilgiyə görə ilk tarixçi də avropalıdır (Herodot), ilk cografiyaçünas da avropalıdır (Strabon), ilk filosof da avropalıdır (Pifaqor, ya da Fales)...

Artıq bir sıra nəsnələri qəbul etmək zorundayıq ki, ən azı iki əsrdir Türk düşüncəsinin dünya çapında assimilyasiya olunması üçün bir savaş gedir. Bu savaşı aparan qüvvələr Avropa və Amerika başda olmaqla, hər şeydən öncə Türk düşüncə sistemində Türk tarixini dəyiştirmeə yönündə ciddi işlər görmüşlər. Çünki bir millətin-ulusun varlığı ilk növbədə, onun tarixi ilə bağlıdır. Tarix elə bir anlamdır ki, orada bir millətin milli dəyərləri, mədəniyyəti, kültürü, törələri, yüksəlişi və enişi, bir sözlə hər nəsnə vardır. Həmişə o millətlər eyni dairə üzərinde fırlanan zaman oxunda irəliləmə və gəriləmələrə rəğmən var oldular ki, yeddi nəsil, sonra daha yeddi nəsil öncə baş vərənləri heç unutmadılar. Amma son iki əsrdə nəinki 1000 il bundan öncə baş vərən olayları, hətta dünən yazılan tarixi tamamilə başqa bir şəkildə, formada şüurlarımıza yeritdiler. Bunu elə asanlıqla yapdılar ki, ruhumuz da incimədi.  Çünki  düşündük ki, ilk tarixi yazan batılı-qərbli isə (Herodot), bu gün tarixi yalnız onlar (Monteskye, Herder, Toynbi, Fukuyama, Radlov, Vamberi, Dyakanov vəb.) obyektiv yaza bilərlər. Bu səbəbdəndir ki, bütün Türk torpaqlarında tarix araşdırmaçıları, arxeoloqlar 100-də 90 faizlı türk olmayanlar oldular, bu gün də elədir. Hətta, bir çox zamanlarda türklər öz istəkləri ilə onları dəvət etdilər.

Beləliklə, son iki əsrdədən çoxdur ki, türklər tarix məsələsinə ciddi önəm vermədilər. Qərb düşüncəsi ilə tarix yazmaqdan çox yaratmaq inancını daha çox qəbul etdiler. Düşüncələrini dini tarixə yönəltdilər. Bununla da 16-17-ci əsrələrdən sonra Batlılar-Avropalılar tarixlərini dini düşüncədən uzaqlaşdırıb milli fəlsəfi düşüncə, milli təfəkkür üzərindən dəyərləndirdikləri halda, Türk xalqları tərsine dini düşüncəni önə çəkməyə başladılar. Yəni son 2-3 əsrdir ki, batılıların tarixe baxışı daha çox milliləşməyə yönəldiyi halda, türklərin tarixi dinsəlləşdi. Bu gün də türk tarixçilərinin əksəri din tarixi təsirindın kənarlaşa bilmirlər. Halbuki türklər 16-17-ci əsrlərədək din tarixi ilə milli tarixi daha yaxşı fərqləndirə bilirdilər.

Tarixe baxışda önəmli məsələlərdən biri də, dini görüşün milli tarixe, yoxsa milli görüşün din tarixinə təsiri ilə baglıdır. Zənnimizcə, bu məsələdə də türklərlə Qərb millətlərinin görüşü birbirinə zidd şəkildə tərəqqi etmişdir. Son əsrlərdə türklər tarixlərini daha çox İslam dini ilə bağlamağa, az qala Türk tarixinin başlanğıcını İslam dininin tarixi ilə əlaqələndirməyə çalışmışlar.

Dogrudur, Türkiyə Cümhuriyəti qurulduqdan sonra Böyük Atatürkün fədakarlığı ilə milli tarixə yönəlik bir sıra işlər görülməyə başlandı (Z.Gökalp, Y.Akçuraoğlu, Z.V.Togan, H.Z.Ülken vəb.). Amma bu milli tarixə yönəlik görülən işlərdə Qərb-Avropa təsiri, yəni onlar kimi milli tarix yazmaq istəyi həddən çox olduğu üçün faydası az oldu. Halbuki Atatürkün istəyi formaca Qərb, mahiyyətcə milli-Türk ruhlu tarixin yazılması idi. Ancaq milli şüuru dolaşdırılmış, bir yandan din, digər yandan Qərb təsirindən qurtulamayan, eyni zamanda milli düşüncə tarixinden uzaqlaşdırılan cəmiyyətdə milli tarix yazmak asan deyildi. Bu mənada, özəlliklə Türkiyədə Hilmi Ziya Ülkenin “Türk Tefekkür Tarihi”ni, Əli bəy Hüseynzadənin “Türklər Kimlərdir və Kimlərdən ibarətdir” əsərlərni vəb. qələmə almaları Türk Tarixini yenidən dəyərləndirilməsində mühüm bir addım idi. Bu əməklər ötən yüz ildə dəfələrəa davam etdirilmişdir.

Amma etiraf etməliyik ki, son 2-3 əsrdən bu günədək Türkün əsil ruhunu daşıyan Türk Tarixi qələmə alına bilməmişdir. Tarix obyektiv yazılmalıdır və milli hisslərdən uzaq olmalıdır deyən, Qərb elm adamları öz istəklərinə, maraqlarına yönəlik tarix yazdıkları halda, biz türklər hələ də ya Qərbin düşüncəsindəki obyektivliyi gözləməyə çalışaraq, ya dini duyğusallığa qapılaraq tarix yazırıq.

Son 2 əsrdə qərbli elm adamlarının əksərinin obyektiv tarix adı ilə Türkləri barbar və vəhşi kimi qələmə vərməsindən hələ də qurtulmuş deyiliz. Halbuki bu gün türkləri vəhşi kimi qələmə alan qərblilərin ataları tam tərsini yazmışlar. Sadəcə, indiki qərblilər atalarının yazdıqlarnı da saxtalaşdırmaya çalışarlar.

Hansı səbəbdənmi?..

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu