Modern.az

Facebook əhli Yazıçılar Birliyinin qurultayı haqqında nə “danışır”... - RƏYLƏR

Facebook əhli Yazıçılar Birliyinin qurultayı haqqında nə “danışır”... - RƏYLƏR

18 İyun 2014, 17:52


Azərbaycan Yazıçılar Birliyinin 12-ci qurultayı öz işini yekunlaşdırıb. Xalq yazıçısı Anarın yenidən sədr seçildiyi qurultay haqqında yazıçı kəsimində hamı eyni cür düşünmür. Fikirlərin ən çox yayıldığı Facebook sosial şəbəkəsində əksəriyyət bu fakta münasibət bildirib. Modern.az onların yalnız bir qismini təqdim edir:

Eldəniz Quliyev: “Azərbaycan Yazıçılar Birliyi də belə getdi... Allah rəhmət eləsin! Amin deyən diliniz var olsun!”

Rasim Qaraca: “2-3 gün öncə yazıçı Firuz Mustafa ilə qarşılaşdım. Hər zaman gülərüzlə salamlaşdığımız halda bu səfər Firuz bəy mənimlə məsafəli davrandı bir az. Əcaba nədən - sordum özüm özümə. Sonradan öyrəndim ki, AYB qurultayına dəvətli 439 nəfər arasında onun da adı var”.

Cəlil Cavanşir: “Seyran Səxavət və Ramiz Rövşən dünənki qurultayda necə qorxaq və aciz olduqlarını göstərdilər. Fəxri ad üçün əyilən yazıçının, şairin istedadı kimə lazımdır?”

Kənan Hacı: “Ramiz Rövşən özü bilir ki, hansı yuvanın quşudur?”

Etimad Başkeçid: “Qurultayda AYB-nin hansısa bölməsinin sədri Anarı Məkkə, Mədinə, məbəd və s. kimi sözlərlə tərif etməyə başlayanda fikirləşdim ki, Anar özünü təhqir olunmuş bilib, indicə bu adama həddini bildirəcək. O isə üzünü həmin sənətkara tutub dedi ki, burda bəzi gözügötürməzlər sənin sözlərindən narahat olurlur”.

İradə Tuncay: “Vaqif Səmədoğlu belə bir söz dedi -- o bina (Yazıçılar İttifaqının binası) mənim xatirələrimdi...
Mənim də...”

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi