Modern.az

Rusiyanın yüksək pilotajlı qırıcı təyyarələri Yerevana GƏLİR

Rusiyanın yüksək pilotajlı qırıcı təyyarələri Yerevana GƏLİR

Təhsil

18 İyun 2014, 22:00

Rusiya qırıcı təyyarələri iyunun 23-də Ermənistana daxil olacaq. Modern.az bildirir ki, bu göstəri Yerevandakı Erebuni hərbi hava limanında yüksək pilotajlı qırıcıların 35 dəqiqəlik aviaşousu çərçivəsində təşkil olunur. Uçuş zamanı Rusiyanın cənub hərbi dairəsinin aviasiya birləşmələrinin sərəncamında olan ən müasir qırıcı təyyarələr havaya qalxacaq. Cənub Hərbi Dairəsinin komandanlığının yaydığı məlumata görə, mərasim hərbi hissənin döyüş bayrağının gətirilməsi ilə başlanacaq və bununla bağlı hərbi hissədə mitinq keçiriləcək. Mitinqdə Rusiya Cənub Hərbi dairəsinin komandanlığı, Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin, Rusiya Federal sərhəd Xidmətinin yüksək rütbəli hərbçiləri və Ermənistan Müdafiə Nazirliyi və digər şəxslər iştirak edəcək. Aviaşonu Rusiyanın 237-ci qvardiya polkunun təyyarəçiləri və erməni hərbi aviasoyasının pilotları təqdim edəcək. Yüksək pilotaj nümayiş etdirən qırıcı təyyarə dəstəsi 1991-ci ilin may ayında Rusiyanın müxtəlif aviadəstələrinin pilotlarının iştirakı ilə yaradılıb.

X. SƏFƏRLİ  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu